Mingəçevirdə sərnişin avtobusu traktorla toqquşub

Mingəçevir. 12 oktyabr. REPORT.AZ/ Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Energetik yaşayış massivində, Naxçıvan küçəsində baş verib.

7 saylı şəhərlərarası marşrut üzrə işləyən “Qazel” markalı mikroavtobus traktorla toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - 1981-ci il təvəllüdlü şəhər sakini Paşayev Əhməd Paşa oğlu və 1988-ci il təvəllüdlü şəhər sakini Feyziyev Elman İmran oğlu dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45