Mingəçevir. 21 may. REPORT.AZ/ Mingəçevir şəhərində sərnişin mikroavtobusunun qəzaya düşərək aşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
"Report"un yerli bürosu xəbər verir ki, onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***17:18
Mingəçevir. 21 may. REPORT.AZ/ Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşrut xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə avtobusda olan şəxslərin xəsarət aldığı bildirilir.
Faktla araşdırma aparılır.