Mingəçevirdə polis idarəsi qarşısında yol qəzası baş verib

Mingəçevir. 12 may. REPORT.AZ/ Gecə saatlarında Mingəçevir şəhər Polis şöbəsinin binası qarşısında yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, qəza nəqliyyatın az hərəkətdə olduğu bir vaxtda “VAZ-2109" markalı minik avtomobili ilə “VAZ-2107"nin toqquşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, avtomobillərə ziyan dəysə də, sürücü və sərnişinlərdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05