Mingəçevirdə piyada iki maşının arasında qalaraq xəsarət alıb - FOTO

Mingəçevir. 27 mart. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən kişini maşın vurub.

Belə ki, şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədrahim Musa oğlu Abdıyev “Toyota” və “VAZ-2112” markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47