Mingəçevirdə orta məktəb binasında yanğın olub

Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin binasında yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın təhsil ocağının istifadə edilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYMX) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafa yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54