Mingəçevirdə oğurluqla məşğul olan dəstə üzvləri tutulub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində oğurluqla məşğul olan dəstə üzvləri tutulub. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-dan cari il avqustun 10-dək olan müddətdə rayon ərazisindəki 3 evdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Rəşad Abbaszadə, Vasif Ağayev, İsmət Vəliyev və əvvəllər məhkum olunmuşlar Ceyhun Mirzəyev və Siyavuş Həmzəyev saxlanılıblar.

Digər xəbərlər