Mingəçevirdə məcburi köçkün dərmandan zəhərlənib

Mingəçevir. 8 dekabr. REPORT.AZ/ Mingəçevirdə qadın dərmandan zəhərlənib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Su anbarı yaxınlığında yerləşən və məcburi köçkünlərin məskunlaşdığı köhnə turist bazası yaxınlığında qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ağdam rayon sakini Şəlalə Qara qızı Muradova normadan artıq dərman preparatları qəbul etdikdən sonra onun zəhərləndiyi məlum olub. Ş.Muradova xəstəxanaya çatdırılıb.

Hadisənin təsadüfən yaxud qəsdən baş verib-vermədiyi hələlik məlum deyil.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54