Mingəçevirdə küçədə meyiti tapılan kişinin şəxsiyyəti və ölüm səbəbi məlum olub

Mingəçevir. 27 yanvar. REPORT.AZ/ Mingəçevirdə küçədə meyiti tapılan kişinin şəxsiyyəti müəyyən edilib.

“Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının qarşısında aşkar edilmiş meyit 1959-cu il təvəllüdlü şəhər sakini Üzeyir Rəhim oğlu Kərimova məxsusdur.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Ü.Kərimovun küçədə insult keçirdiyi, bundan sonra tarazlığı itirərək başı ilə səkiyə çırpıldığı və az sonra keçindiyi müəyyən edilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14