Mingəçevirdə iki yol qəzası baş verib - FOTO

Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində iki avtomobil toqquşub.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin M.Ə.Sabir və Şəhriyar küçələrinin kəsişməsində “VAZ-2107” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, maşınlara, xüsusilə də, “VAZ-2106”ya xeyli ziyan dəyib.

Gün ərzində başqa qəza bir Təbriz küçəsindən şəhər qəbiristanlığına gedən yolda qeydə alınıb. Həmin ərazidə 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37