Mingəçevirdə çimərkən batan şəxs haqqında məlumat dəqiqləşdirilib - YENİLƏNİB

Mingəçevir. 5 avqust. REPORT.AZ/ Mingəçevirdə çimərkən batan şəxs haqqında məlumat dəqiqləşdirilib.

”Report”un Şirvan bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü əslən Samux rayonunun Qaradağlı kəndindən olan Nəsibov Elman İldırım oğlu dünən ailəsi ilə birgə Mingəçevir su anbarındakı çimərlikdə istirahət edərkən suda boğularaq ölüb.


***04.08.18 - 18:31

Mingəçevir. 4 avqust . REPORT.AZ/ Mingəçevir şəhərində yerləşən su anbarında boğulma hadisəsi baş verib.

"Report”un Şirvan bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Samux rayon Qaradağlı kənd sakini Nəsibov Elmar İldırım oğlu çimərlikdə çimərkən boğulub.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sahilə çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13