Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurub

Mingəçevir. 22 noyabr. REPORT.AZ/ Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində, Heydər Məscidinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü şəhər sakini İlhamə Məhərrəmova yolu keçmək istəyərkən VAZ-2107 markalı avtomobil onu vuraraq xəsarət yetirib. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37