Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub

Mingəçevir. 12 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində 6 yaşlı uşağı maşın vurub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Mingəçevir şəhər sakini, 2012-ci il təvəllüdlü Elcan Gəray oğlu Rüstəmovu yolu keçmək istəyərkən avtomobil vuraraq xəsarət yetirib.

Yaralı uşaq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər