Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub

Mingəçevir. 1 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində azyaşlı uşağı maşın vurub.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin N.Nərimanov küçəsində, 1 saylı orta məktəbin qarşısında baş verib.

İlkin məlumata əsasən, “VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Yəhyayev Əli Zaur oğlunu vurub. Sürücünün müşayiəti ilə yaralı xəstəxanaya çatdırılıb.

Uşaq hadisə baş vermiş ərazidəki 45 saylı binada yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29