Mingəçevirdə 32 yaşlı qadın dərmandan zəhərlənib

Mingəçevir. 3 may. REPORT.AZ/ Mingəçevirdə qadın dərmandan zəhərlənib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 90 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1986-cı il təvəllüdlü Jalə Seyfəddin qızı İsmayılova qəfil səhhətinin pisləşməsi səbəbi ilə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qadın baş ağrısından xilas olmaq üçün eyni vaxtda 7 dərman preparatı qəbul edib.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41