Mingəçevirdə 26 gün öncə avtomobilin vurduğu qadın dünyasını dəyişib

Mingəçevir. 10 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində 26 gün öncə avtomobilin vurduğu qadın xəstəxanada dünyasını dəyişib.

"Report"un Şirvan bürosu xəbər verir ki, iyulun 15-də şəhərin Bayraq meydanında “Nissan” markalı avtomobil tərəfindən vurulan 4 nəfərdən daha biri - 1954-cü il təvəllüdlü Labidə Fərrux qızı Nəsibova həkimlərin səylərinə baxmayaraq, bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, L.Nəsibovanın qızı və 3 yaşlı nəvəsi hadisənin ertəsi günü keçinib. Ağır xəsarət almış həyat yoldaşı Zülfiqar Nəsibovun müalicəsi isə hazırda xəstəxana şəraitində davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47