Mingəçevirdə 2 yaşlı körpə yanıq xəsarətləri alıb

Mingəçevir. 26 mart. REPORT.AZ/ Mingəçevirdə iki yaşlı körpə yanıq xəsarətləri alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsi 33, mənzil 5-də baş verib. 

Belə ki, həmin mənzildə yaşayan 2017-ci il təvəllüdlü Quliyeva Cəmilə Elşən qızı ehtiyatsızlıq nəticəsində isti çayı üzərinə aşırıb. Nəticədə körpə boyun və sinə nayihəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

O, xəstəxanaya çatdırılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56