Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb

Mingəçevir şəhərində ötən həftə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, yanvarın 23-də Mingəçevir şəhərində "VAZ" markalı avtomobil 2010-cu il təvəllüdlü Amil Rzayevi vurub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq o, yanvarın 30-da müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59