Mingəçevirdə 14 yaşlı yeniyetmə bıçaqlanıb

Mingəçevir. 29 oktyabr. REPORT.AZ/ Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə, 80/26 saylı evin 15 saylı mənzilində yaşayan 2003-cü il təvəllüdlü Abdullayev Ruhani Ramil oğlu küçədə naməlum şəraitdə sağ ayaq nayihəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05