Mingəçevir sakini küt alətlə özünə xəsarət yetirib

Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1976-cı il təvəllüdlü şəhər sakini Hüseynov Vaqif Lətif oğlu kəsici alətlə qollarını və bədəninin bəzi hissələrini kəsərək özünə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər