Mingəçevir sakini bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

Mingəçevir. 29 oktyabr. REPORT.AZ/ Mingəçevirdə döyülmə hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhərin sağ sahil hissəsində yaşayan 1975-ci il təvəllüdlü Məhərrəmov Mahir Məhərrəm oğlu bir neçə nəfər tərəfindən döyülüb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Məhərrəmov ağır durumda xəstəxanaya yerləşdirilib

Onun birinci həyat yoldaşından olan övladına görə aliment ödəmədiyi üçün döyüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39