Bakı. 16 noyabr. REPORT.AZ/ Bakıda sərxoş kişi hündürlükdən yıxılaraq avtomobilin üzərinə düşüb.
"Report" xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
"Meyvəli" ticarət mərkəzində 1979-cu il təvəllüdlü Şükürov Azad Sübhan oğlu hündür yerdən yıxılaraq "Mercedes" markalı avtomobilin üzərinə düşüb. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. "Mercedes"ə ciddi ziyan dəyib.
Xəsarət alan şəxs sərxoş vəziyyətində olub.