"Meyvəli Bazar"da çalışan qadın qəfildən ölüb

"Meyvəli Bazar"da çalışan qadın qəfildən ölüb.

“Report”un xəbərinə görə, hadisə avqustun 6-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Meyvəli Bazar" ərazisində qeydə alınıb.

Belə ki, orada işləyən 1959-cu il təvəllüdlü Firuzə Qaraxanova qəfildən vəfat edib.

Hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra edilib.

Hazırda araşdırma davam etdirilir.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29