Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6330 manat pulun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Şəmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.