Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb

Bakı metrosunun "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Rövşən Abdulov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57
Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51