Mərdəkanda yol qəzasında iki nəfər xəsarət alıb

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar İsgəndər Qasımov və Şəmsi Cabbarov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45