Mərdəkan çimərliyində kütləvi dava olub

Bakı. 18 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunda kütləvi dava baş verib.

"Report" xəbər verir ki, hadisə Mərdəkan çimərliyidə qeydə alınıb.

Əraziyə istirahətə gələn 1986-cı il təvəllüdlü Xankişiyev Elşən Şirinbala oğlu mübahisə zəminində 4 nəfərlə əlbəyaxa olub. Nəticədə o döyülərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər