Meksikada partlayış olub, ölən və yaralananlar var

Meksikanın Puebla şəhərində üçmərtəbəli yaşayış binasında qaz partlayışı baş verib.

"Report"un məlumatına görə, bu barədə "El Sol de Mexico" qəzeti məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində azı 1 nəfər ölüb, daha 11 nəfər yaralanıb. Hadisə zamanı habelə 4 nəfər itkin düşüb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Digər xəbərlər