Məhkumun Bərdədə evində gizlətdiyi avtomat silahı aşkarlanıb

Məhkumun Bərdədə evində gizlətdiyi avtomat silahı aşkarlanıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyət kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər