Səhlənkarlıqda təqsirləndirilən “Azərişıq” ASC-nin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayevə bəraət verilib.
Bu barədə “Report”a vəkil Aqil Layıc bildirib.
O deyib ki, Quba Rayon Məhkəməsinin Rahim Həsənovun sədrliyi ilə keçirilən prsoesdə K.Babayevin barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, 2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində yanğın hadisəsi qeydə alınıb.
Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
“Azərişıq” ASC-nin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi K.Babayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işində 3 zərərçəkmiş var.