Azərbaycanda məhkəməyə əlil arabasında gətirilən şirkət rəhbərinə 9 il həbs cəzası verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Fuad-LTD” MMC-nin rəhbəri Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

“Report”un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Beləliklə, Q.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q.Məmmədov məhkəməyə əlil arabasında gətirilib.

Xatırladaq ki, Xırdalan şəhərində 400-dən çox vətəndaşa ev sataraq onların pullarını mənimsəməkdə təqsirləndirilən Q.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26