Mehdiabad qəsəbəsində yanğın baş verib

Bakı. 23 Fevral. REPORT.AZ/ Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan anbarın yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17