"Ötən il Mediasiya Şurasına əmək mübahisələri ilə bağlı daxil olan 92 müraciət barışıqla tamamlanıb".
"Report" xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.
O bildirib ki, 2022-ci ildə Mediasiya Şurasına daxil olan əmək mübahisələrinin sayı 798 - dir. Bu il isə bu müraciətlərdən 113-ü barışıq sazişi ilə tamamlanıb.
N.Adilovun sözlərinə görə, 1 il müddətində "Mediasiya Haqqında" qanunun tələblərinə cavab verən ümumilikdə 1302 əmək mübahisəsi ilə bağlı iş Mediasiya Şurasına daxil olub: "Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi bu günədək Mediasiya Şurasını 12 sosial işçi ilə təmin edib".