Bakı. 25 iyul. REPORT.AZ/ Məcbri köçkünün pulunu oğurlamış şəxs yaxalanıb.
“Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Füzuli rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qayıdış-1 qəsəbəsində qəsəbə sakini Elxan Abbasovun 459 manatını oğurlamış Xocavənd rayon sakini İlham Bağırov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.