Maştağada piyadanı yük maşını vurub

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində piyadanı maşın vurub.

“Report” xəbər verir ki, hadisə 1964-cü il təvəllüdlü Mikayılov Kamal Xaləddin oğlu yolu keçmək istəyən zaman baş verib.

Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər