Masazırda dost dostun başına şüşə qədəh vuraraq ona xəsarət yetirib

Bakı. 5 iyun. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində iki dost arasında xəsarətlə nəticələnən dava baş verib.

"Report" xəbər verir ki, hadisə Mədəniyyət Evinin həyətində qeydə alınıb.

1972-ci il təvəllüdlü Kərimov Qafar Yusif oğlu dostu tərəfindən döyülüb. Qarşı tərəf ardınca şüşə qədəhi onun başına vurub. O, baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47