Masallıda yol qəzasında 1 nəfər ölüb, 3-ü xəsarət alıb - YENİLƏNİB

Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, iki minik avtomobilinin toqquşması zamanı 1969-cu il təvəllüdlü Vidadi Rüstəm oğlu Əzimov ölüb.

1975-ci il təvəllüdlü Masallı rayon sakini, Mürşüd Cümşüd oğlu Nəsirov və Lənkəran rayon sakinləri - 1978-ci il təvəllüdlü Aynur Vahab qızı Əzimli, 1996-cı il təvəllüdlü Nicat Vidadi oğlu Əzimli Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


*** 01:23

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nqəliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47