Masallıda toyundan sonra ölən qızın qətlə yetirildiyi məlum olub

Masallı rayonunda toyundan sonra ölən 16 yaşlı qızın qətlə yetirildiyi məlum olub.

Bu barədə "Report"a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14