​Masallıda ikimərtəbəli evdə yanğın olub

Bakı. 3 may. REPORT.AZ/ Günorta saatlarında Masallı rayonunun Hüseynhacılı kəndində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ikimərtəbəli 8 otaqlı evin dam örtüyü, 2-ci mərtəbədə üç otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər