Masallıda evdən 1000 manat pul və 1200 manatlıq qızıl bilərzik oğurlanıb

Bakı. 31 avqust. REPORT.AZ/ Masallı rayonunda evdən pul, qızıl bilərzik və mobil telefon oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən avqustun 28-də rayon ərazisindəki evlərin birindən 1000 manat pul, 1200 manat dəyərində qızıl bilərzik və mobil telefon oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini Mübariz Həmidov saxlanılıb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47