Masallının Şıxlar kəndi ərazisində avtomobilin vurduğu piyada bir həftə sonra ölüb.
"Report" xəbər verir ki, 1984-cü il təvəllüdlü Əzizov Xəyal Adil oğlu sentyabrın 18-də saat 19 radələrində idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Şıxlar kəndi ərazisində piyada - 1992-ci il təvəllüdlü Əhmədov Famil Faiq oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, sentyabrın 25-də xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.