Bakı. 5 İyul. REPORT.AZ/ Masallı rayonunda bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, rayonun Sığdaş kənd sakini Qurbanov Zəkəriyyə Xəlil oğlu göldə çimərkən batıb.
Nəzarətsiz ərazidə batan 1992-ci il təvəllüdlü yerli sakinin cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.