Malidə terrorçular 21 hərbçini qətlə yetiriblər

Malinin mərkəzi hissəsində yerləşən Diura yaşayış məntəqəsində yerləşən hərbi bazaya silahlı hücum nəticəsində 21 hərbçi həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü AFP məlumat yayıb.

"İlkin məlumata görə, 21 cəsəd aşkar edilib", - agentliyin hərbi dairələrdəki mənbəsi bildirib.

Hücum Mali ordusundan fərari olan şəxsin başçılıq etdiyi terror qruplaşması tərəfindən təşkil olunub. Qrupun adı açıqlanmır.

Digər xəbərlər