"Lotu Quli"nin qətlində təqsirləndirilən şəxslərə hökm oxunub

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

“Report” xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Qeyd olunub ki, məhkəmədə təqsirləndirilən şəxslər - Xaqan Zeynalov və Əmir Həmidli ömürlük azadlıqdan məhrum edilib.

Həmçinin məhkəmənin qərarı ilə daha 2 şəxs - Əli Mövlamlı və Rəsul Həsənov 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, N. Səlifov 2020-ci il avqustun 19-da Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

Digər xəbərlər