"Limon turşusu" adlı səhifənin adminləri həbs olunub

Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə "Limon turşusu" adlı sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

"Report"un əldə etdiyi məlumata görə, həmin şəxslər 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərovdur.

Məhkəmənin qərarı ilə onların hər biri 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36