​Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda iki nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb ediliblər.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27