​Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonu ərazisində köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Binəqədi rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49