Lerikdə yanğın olub, bir nəfər xəsarət alıb

Lerikdə yanğın olub, bir nəfər xəsarət alıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, rayonun Büzeyir kəndində ümumi sahəsi 18 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47