​Lerikdə üçotaqlı ev yanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Lerik rayonunun Rəzgov kəndində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları, damına yığılmış 3 ot bağlaması və evə bitişik tövlənin çardağının yanar konstruksiyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın səhər saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26