Lerikdə sərnişin yük maşınından yıxılaraq ölüb

Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

“Report”un Cənub bürosu xəbər verir ki, 1989-cu il təvəllüdlü Höccətov Pərviz Tofiq oğlu hərəkətdə olan yük maşınının arxasından yerə yıxılıb.

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

P.Höccətov yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05