Lerikdə qəzada ağır yaralanan kişi Bakiya gətirildi

Lerik rayonunda baş verən ağır  yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri paytaxt Bakıya göndərilib.

“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Zeynalov Müzəffər Mübariz oğlunun vəziyyəti ağır olduğundan o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasından Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

M. Zeynalova açıq kəllə-beyin və müştərək travması diaqnozları qoyulub.

Qeyd edək ki, bas vermiş yol nəqliyyat hadisəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37